
BAKI, 15 aprel. TELEQRAF
2026-cı il üçün icmal büdcənin xərcləri 2025 - ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1427,9 milyon manat və yaxud 3 faiz çox olmaqla 49057,4 milyon manat, ortamüddətli dövrün sonuna isə 4497,4 milyon manat və yaxud 9,4 faiz çox olmaqla 52126,8 milyon manat proqnozlaşdırılır.
Teleqraf xəbər veri ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsi” sənədində deyilir.
Eyni zamanda, 2026 -cı il üzrə dövlət büdcəsinin xərcləri 42230,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025 - ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 822,4 milyon manat və ya 2 faiz çoxdur.
Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2356,7 milyon manat və yaxud 5,7 faiz çox olmaqla 43764,3 milyon manat proqnozlaşdırılır. 2026-cı il üçün dövlət büdcəsi xərclərinin 25451,0 milyon manatı və ya 60,3 faizi cari xərclərə (2025 - ci il ilə müqayisədə 697,1 milyon manat və ya 2,8 faiz çox), 14152,1 milyon manatı və ya 33,5 faizi əsaslı xərclərə (2025- ci illə müqayisədə 101,9 milyon manat və ya 0,7 faiz az), 2626,9 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətləbağlı xərclərə (2025 - ci illə müqayisədə 227,3 milyon manat və ya 9,5 faiz çox) yönəldilməsi proqnozlaşdırılır.
Dövlət büdcəsinin cari xərcləri üzrə artım əsasən sosial yönümlü xərclər hesabınadır. Cari xərclərrin ortamüddətli dövrün sonuna 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3355,8 milyon manat və yaxud 13,6 faiz artımla 28109,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.