BAKI, 16 aprel. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Qəzza zolağına zərbə endirmək üçün uçuş zamanı öz ərazisinə bombalar atıb.
Teleqraf xəbər verir ki, bu, təyyarənin nasazlığı səbəbindən baş verib.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağına hücum zamanı döyüş təyyarəsindən atılan mərmi texniki nasazlıq nəticəsində İsrail Nir-İsthak bölgəsindəki açıq əraziyə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.