
BAKI, 15 aprel. TELEQRAF
Amerikanın Texas ştatının Dallas şəhərində yerləşən məktəbdə atışma baş verib.
Teleqraf xəbər verir ki, məktəbdə atışma ilə bağlı zəng polisə saat 13:10-da (Bakı vaxtı ilə 22:10) daxil olub.
Hadisə yerinə tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
"CBS News" telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları atəş açaraq şagirdi yoldaşına atəş açan məktəblini axtarır.