BAKI, 15 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri ilə Azərbaycandan 5 milyard 447,9 milyon kub-metr həcmində qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalıb.

Qeyd edək ki, dövr ərzində magistral qaz kəmərləri ilə toplam 10 milyard 764,6 milyon kub-metr qaz nəql edilib.