BAKI, 15 aprel. TELEQRAF

Moldovanın Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə səfir öz sosial şəbəkə hesabında yazıb.

Görüşdə nazir Daniella Misail-Niçitin və Ü.Baxşəliyev Azərbaycanla Moldova arasında daxili işlər və miqrasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.