
BAKI, 14 aprel. TELEQRAF
Azərbaycan bu ilin yanvar-fevral aylarında 54 milyon 235,08 min dollar dəyərində 183 min 109 ədəd smartfon idxal edib.
Teleqraf xəbər ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 39 min 275 ədəd və ya 17,7 faiz azdır.
2024-cü ilin yanvar-fevral aylarında 61 milyon 158,52 min dollar dəyərində 222 min 384 ədəd smartfon idxal edilmişdi.
Azərbaycan smartfonların 84,2 faizini – 154 min 128 ədədini Çindən idxal edib.
Digər ölkələr üzrə idxal belədir: Hindistan 2106 ədəd, Koreya Respublikası 230 ədəd, Vyetnam 26645 ədəd.