BAKI, 14 aprel. TELEQRAF

Dövlət Turizm Agentliyi Çində keçiriləcək sərgidə stendin quraşdırılmasına 219 min 331 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, “İTB China 2025" turizm sərgisi Çinin Şanxay şəhərində keçiriləcək.

Sərgi bu il mayın 27-də açılacaq və 29-da yekunlaşacaq.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sahibkarlar üçün elan etdiyi bu tədbirin qeydiyyat məbləği 2500 manat təşkil edir. Məbləğə ƏDV daxil deyil. 18 faiz ƏDV də hesablandıqda sərgidə iştirak etmək istəyən hotellər və turizm şirkətlərinin hər birinin 2950 AZN ödəməsi nəzərdə tutulur.

Vəsaitə hotel və turizm şirkətlərinin səyahət xərcləri də daxil deyil. Bütün bunlar iştirakçıların özləri tərəfindən ödənilir. Qeydiyyatdan keçmək hələ bu tədbirdə 100% iştirakı demək deyil. Son qeydiyyat tarixi bitdikdən sonra qiymətləndirilmə aparılır və daha sonra seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndərilir.