
BAKI, 13 aprel. TELEQRAF
Ukraynanın Çernobil vilayətində ilk günəş elektrik stansiyası açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk məlumat yayıb.
Nazir qeyd edib ki, birinci günəş elektrik stansiyasının gücü 763 kVt, tikinti sahəsi isə təxminən dörd min kvadratmetrdir. Qrinçukun sözlərinə görə, bu ərazi bərpa olunan enerji layihələrinin - günəş və külək istehsalının inkişafı üçün əlverişlidir.