BAKI, 13 aprel. TELEQRAF

Çinin şimalında çəkisi 50 kq-dan az olan sakinlərə güclü külək səbəbindən yaxın iki gün ərzində küçəyə çıxmamaq tövsiyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Çinin "FTV News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, çəkisi az olan vətəndaşlara aprelin 13-dək evdə qalmaq məsləhət görülüb.

Çinin şimalında qasırğa ilə əlaqədar yüksək həyəcan siqnalı elan edilib.

Küləyin sürəti Pekin, Tianjin və Hebey bölgəsində 150 km/saata çata bilər. Rəsmilər xəbərdarlıq edir ki, küləyin diametri 30 sm-ə qədər olan ağacları kökündən çıxara bilər.