BAKI, 13 aprel. TELEQRAF

Rusiya qoşunları tanınmamış Donetsk Xalq Respublikasının (DXR) Kalinovo kəndinə nəzarəti ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Telegram" kanallarında məlumat yayılıb.

Qeyd olunur ki, 242-ci alayın əsgərləri kəndin üzərində Rusiya bayrağını qaldırıblar. Bu, Krasnoarmeysk (Ukrayna adı - Pokrovsk ) və Dzerjinsk (Ukrayna adı - Toretsk ) arasındakı əraziyə hücum nəticəsində baş verib.

Ukraynalı hərbi analitiklərin Kalinovo üzərində nəzarəti itirdiyini etiraf etdikləri vurğulanır.