BAKI, 13 aprel. TELEQRAF

ABŞ administrasiyası İranla məsləhətləşmələrin ikinci raundunun aprelin 19-na planlaşdırıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

“Tərəflər aprelin 19-da yenidən görüşmək barədə razılığa gəliblər”, - bəyanatda deyilir.

Qeyd edək ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib.