BAKI, 13 aprel. TELEQRAF

"ABŞ Prezidenti Donald Tramp əvvəllər Ağ Evin keçmiş rəhbəri Barak Obamaya verilən Nobel Sülh Mükafatını almaq üçün Ukraynada sülhə nail olmağa çalışır".

Teleqraf xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib.

Onun sözlərinə görə, Obamanın mükafat alması Trampı həmişə qıcıqlandırıb. Bolton qeyd edib ki, bunun yaxşı səbəbləri var, çünki keçmiş prezident buna layiq deyildi.

Xatırladaq ki, Obama 2009-cu ildə "beynəlxalq diplomatiya və insanlar arasında əməkdaşlığı gücləndirmək səylərinə görə" Nobel Sülh Mükafatını alıb. O, Teodor Ruzvelt , Vudro Vilson və Cimmi Karterdən sonra Nobel Sülh Mükafatına layiq görülən dördüncü Amerika prezidenti olub.