BAKI, 13 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanı “qanunsuz həcc” ziyarətlərinin qarşısının almaq üçün aprelin 29-dan etibarən Həcc vizaları istisna olmaqla, bütün növ viza sahiblərinin Məkkəyə daxil olmasına və orada qalmasına icazə verilməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi yazılı açıqlama yayıb.

"Həcc vizası sahibləri istisna olmaqla, bütün növ viza sahibləri 1 Zilqə1446-cı ildən (29 aprel 2025) etibarən Məkkəyə giriş və çıxışlarına icazə verilməyəcək. Müqəddəs paytaxta (Məkkəyə) daxil olmaq üçün iş icazəsi, Müqəddəs Paytaxt İdarəsi tərəfindən verilmiş yaşayış icazəsi və ya etibarlı həcc vizası olmalıdır" - açıqlamada bildirilib.

Səudiyyə Ərəbistanı 2024-cü ilin həcc mövsümündə dini vəzifələrini icazəsiz yerinə yetirmək üçün Məkkəyə gizli şəkildə çoxlu sayda insanın daxil olması səbəbindən infrastruktur və səhiyyə xidmətlərinə təzyiq artdığı üçün "qanunsuz ziyarətlərin" qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.