
BAKI, 13 aprel. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, 26 yaşlı hücumçunun komandası XXVIII turda "Rakuv"un qonağı olub.
"Pilkarski Rakov" stadionunda baş tutan qarşılaşmada meydan sahibləri qələbəyə sevinib - 2:1.
Əsas heyətdə oyuna başlayan Dadaşov komandasının yeganə qolunun ötürməsini verib. İlk hissənin əlavə edilmiş dəqiqələrində sarı vərəqə ilə cəzalanan futbolçu 76-cı dəqiqədə əvəzlənib.
"Radomyak" 28 oyundan sonra 34 xalla 13-cüdür.
Qeyd edək ki, Renat Dadaşovun komanda yoldaşı Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.