BAKI, 13 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinlə mübarizə məqsədilə nadir torpaq metariallarının strateji ehtiyatlarının yaradılmasına dair sərəncam imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Məlumata görə, Ağ Ev akkumulyatorlar, elektronika və müdafiə sənayesi üçün kritik resursların Çin tədarükündən asılılığını azaltmaq üçün metal ehtiyatı yaratmaq planı hazırlayır.

Layihəyə əsasən, ehtiyatlar Çin tərəfindən ticarət münaqişələrinin kəskinləşməsi və ya birbaşa ixrac məhdudiyyətləri halında ehtiyat təmin edəcək.