BAKI, 13 aprel. TELEQRAF

"Ukrayna Prezidenti Volodimir Zelenski ictimai bəyanatlarına baxmayaraq, seçkilərə fəal şəkildə hazırlaşmağa başlayıb".

Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün "Teleqram" kanalında bildirib.

O qeyd edib ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba seçki kampaniyasının intellektual komponenti üzərində işləyir. Kuleba Mixail Fedorovla birlikdə mövcud vəziyyətə uyğunlaşdırılacaq seçki texnologiyası yaratmağa başlayıb.

Dubinskinin sözlərinə görə, Zelenskinin kampaniyasını həyata keçirmək üçün siyasi strateqlər Dmitri Tsarenko və Viktor Berezenko gətirilib.