
BAKI, 4 aprel. TELEQRAF
Bu il martin 1-nə Azərbaycanda mədənçıxarma sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlərin həcmi 394 milyon manat (bank olmayan kredit təşkilatları istisna olmaqla) olub.
Azərbaycan Mərkəzi Bankından Teleqraf-a verilən məlumata görə, bu, 1 ay əvvəl – fevralın 1-i ilə müqayisədə 32,2 milyon manat və ya 7,55% azdır.
Bu il yanvarın sonunda Azərbaycanda mədənçıxarma sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlərin həcmi 426,2 milyon manat idi.
Ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29 milyard 402.9 milyon manat təşkil edib.