BAKI, 10 aprel. TELEQRAF

ABŞ administrasiyası Avropa İttifaqını (Aİ) siyasi institut kimi yüksək qiymətləndirmir.

Teleqraf xəbər verir ki, bu fikri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə rəsmi ikitərəfli görüşün baş tutmamasına münasibət bildirərkən səsləndirib.

“Biz bir neçə dəfə görüşmüşük, telefonla danışmışıq. Amma Aİ səviyyəsində baxsaq, hətta ittifaq ölkələrinin liderləri ilə belə hələ yüksək səviyyəli heç bir görüş olmayıb. Ola bilsin, bu, Amerikanın Avropa İttifaqını siyasi institut kimi kifayət qədər qiymətləndirməməsi ilə bağlıdır”, - Kallas bildirib.

Məlumata görə, bu ilin əvvəlindən etibarən Kallas iki dəfə Vaşinqtonda səfərdə olub, amma hər iki halda Marko Rubio onunla görüşməkdən imtina edib və bunu “qrafiklərin uyğun gəlməməsi” ilə əsaslandırıb.