BAKI, 10 aprel. TELEQRAF
ABŞ administrasiyası Kiyevə Rusiyanın ərazisindəki hədəfləri vura biləcək silahların verilməsinin ciddi risk daşıdığını bilirdi.
Teleqraf xəbər verir ki, bu barədə Amerikalı jurnalist Taker Karlson bildirib.
“Pentaqonun hesabatında açıq şəkildə yazılıb: bu qərarın verilməsi nüvə münaqişəsinin baş vermə ehtimalını 50 faizə çatdırır. Amma onlar yenə də, bu addımı atdılar. Dünyadakı hər bir insanın nüvə müharibəsində ölmə ehtimalı 50 faizdirsə və sən hələ də bu qərarı verirsənsə – sən ya dəli olmusan, ya da sənə cavab verən yoxdur”,- o qeyd edib.