BAKI, 10 aprel. TELEQRAF

Sabah Milli Məclisdə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələyə baxılacaq.

Teleqraf xəbər verir ki, bu barədə məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.