BAKI, 10 aprel. TELEQRAF
Milli Məclis "Best AUTO service" MMC və "My AUTO" MMC ilə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, qurum çərçivə sazişi daxilində avtomobillərin cari təmir xidmətləri üçün "Best AUTO service" MMC ilə 995 min 373 manatlıq, "My AUTO MMC" ilə isə 965 min 690 manatlıq razılaşma əldə edib.
Qeyd edək ki, avtomobillərin təmiri ilə bağlı elan edilən tenderin məbləği 1,6 milyon manat olub. İki şirkətlə bağlanan müqavilə əsasında işlərin dəyəri 1,9 milyon manata yüksəlib.
Avtomobillərin təmirinə bu ayın 3-ü başlanılıb, dekabrın sonuna qədər isə bitməyi planlaşdırılır.