ŞƏMKİR, 10 aprel. TELEQRAF
Şəmkirdə iki ədəd "F-1" əl qumbarası tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qumbaralar Şəmkir şəhər ərazisində su arxının kənarında aşkarlanıb.
Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib, əl qumbaraları götürülüb.
Faktla bağlı araşdırma aparılır.