BAKI, 10 aprel. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3,6 dəfə artaraq 189,1 milyon dolları üstələyib.

Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Xorvatiyaya ixrac 188,1 milyon dollar (3,7 dəfə artım), Xorvatiyadan Azərbaycana idxal isə 966,2 min dollar (2,9% artım) olub.

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Xorvatiya ilə ticarətin payı 2,12% təşkil edib.