BAKI, 10 aprel. TELEQRAF

ABŞ nümayəndə heyəti danışıqlar aparmaq məqsədilə İstanbulda yerləşən Rusiyanın Baş Konsulluğuna gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev rəhbərlik edəcək.

ABŞ tərəfini isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edəcək.