BAKI, 10 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 114,33 mln. manat və ya 8,41% artım qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,71 mln. manat və ya 11,53%, qeyri-büdcə təşkilatları üzrə isə 103,75 mln. manat və ya 12,05% artımla olub.