BAKI, 9 aprel. TELEQRAF

Dövlət Turizm Agentliyi Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderdə İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə yol şousunun təşkili xidmətlərinin satınalınması nəzərdə tutulub.

Tenderin ehtimal olunan qiyməti isə 873 min 931 manatdır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi mayın 1-dir. Zərflər də həmin gün açılacaq.