BAKI, 10 aprel. TELEQRAF

Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar 11 aprel tarixində saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Teleqraf-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.