BAKI, 10 aprel. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.92% azalaraq 3.7045 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyərində 5,83% azalma baş verib. Beləliklə, qazın meqavat-saatı 33.46 avroya bərabər olub.