BAKI, 10 aprel. TELEQRAF

Ermənistan Oman Sultanlığında səfirlik açacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, Ermənistanla ərəb ölkələri arasında münasibətlər son illər dinamik inkişaf edir. Siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, o cümlədən təhsil, mədəni və humanitar sahələrdə əlaqələr baxımından fəallıq var.