BAKI, 10 aprel. TELEQRAF
Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova işdən çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
“Artıq iki ildir fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidmətindəki işimdən öz xahişimlə ayrıldım”, - N.Bayramova bildirib.
Qeyd edək ki, N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.
2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü ilin fevralında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin edilmişdi.