​GƏDƏBƏY, 10 aprel. TELEQRAF

Gədəbəydə yaşlı qadın dərəyə yıxılaraq ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Gədəbəy rayonunun İnəkboğan kəndində qeydə alınıb.

1944-cü il təvəllüdlü Zülfiyyə Hüseynova İnəkboğan kənd ərazisindəki dərəyə yıxılaraq həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.