BAKI, 10 aprel. TELEQRAF
Bu ilin yanvar ayında Azərbaycan 302.11 min dollar dəyərində 428.07 ton kivi idxal edib.
Teleqraf xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 45,34 ton azdır.
2024-cü ilin yanvar ayında 473.41 ton kivi idxal edilmişdi.
Azərbaycanın idxal etdiyi kivinin 99,9 faizi - 427.74 tonu İranın, 0,08 faizi – 340 kq isə İtaliyanın payına düşüb.