BAKI, 27 mart. TELEQRAF

Azərbaycan 2024-cü ildə ABŞ iqtisadiyyatına 88 milyon 527 min dollar investisiya yönəldib.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,5 dəfə azdır.

2023-cü ildə Azərbaycan ABŞ iqtisadiyyatına 311 milyon 775 min dollar investisiya yatırmışdı.

Azərbaycanın xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalarda ABŞ-nin payı 5 faiz təşkil edib.

ABŞ-nin Azərbaycan iqtisadiyyatına investisiyası da azalıb. Ötən il bu ölkə Azərbaycan iqtisadiyyatına 149 milyon 826 min dollar investisya yatırıb. Bu, 2023-cü illə müqayisədə 22 milyon və ya 13 faiz azdır.