BAKI, 27 mart. TELEQRAF

Azərbaycanda bu ilin yanvar-fevral aylarında 282,6 min cüt corab istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 40,2 faiz azdır.

2024-cü ilin yanvar-fevral aylarında 472,4 min cüt corab istehsal edilmişdi.

Komitənin məlumatına görə, martın 1-nə hazır corab ehtiyatı 31,9 min cüttür.