BAKI, 28 mart. TELEQRAF

Azərbaycan qaz sayğaçlarının idxalını artırıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında 9400 ədəd qaz sayğaçı idxal edilib.

Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 10,4 dəfə çoxdur. 2024-cü ilin yanvar ayında 897 ədəd qaz sayğaçı idxal edilmişdi.

Azərbaycan ötən ilin yanvar ayından fərqli olaraq qaz sayğaçlarını yalnız Çindən idxal edib. 2024-cü ilin yanvar ayında Azərbaycan qaz sayğaçlarını Türkiyə, Almaniya, Niderland və Slovakiyadan idxal etmişdi.