BAKI, 28 mart. TELEQRAF

Tayland Fond Birjası güclü zəlzələ səbəbindən ticarəti dayandırıb.

Teleqraf xəbər verir ki, Tayland Fond Birjası (SET) və fyuçers birjası (TFEX) bu gündən etibarən ticarəti dayandırıb. Birjanın rəsmi açıqlamasına görə, bu qərar Myanmada baş verən 7,9 bal gücündə olan zəlzələnin Taylandda da hiss olunması və Banqkokda dağıntılara səbəb olması fonunda qəbul edilib.

Qeyd edək ki, SET, 800-dən çox şirkətin səhmlərinin ticarət olunduğu Taylandın ən böyük fond birjasıdır. Hazırda birjanın fəaliyyətinin nə zaman bərpa olunacağı ilə bağlı əlavə məlumat verilməyib.