BAKI, 28 mart. TELEQRAF

Azərbaycan bu ilin yanvar-fevral aylarında 28 milyon 116.31 min dollar dəyərində 4 min 44.94 ton meşə fındığı ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin uyğun dövrü ilə müqayisədə miqdar və statistika dəyər baxımından müvafiq olaraq 6,5 faiz (249,12 ton) və 23 faiz (5 milyon 266,18 min dollar) çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında 22 milyon 850.13 min dollar dəyərində 3 min 795.82 ton meşə fındığı ixrac edilmişdi.