BAKI, 28 mart. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarından qaz çıxarılması gündə təxminən 200 milyon kubmetr səviyyəsində stabilləşib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Məlumata görə, mart ayında çıxarılma tempi ötən ilin göstəricilərindən üçdə bir dəfə daha yüksəkdir və 2011-ci ildən bəri aparılan müşahidələrin tarixi orta səviyyəsinə yaxınlaşır.

Martın 26-da Aİ ölkələrində yeraltı qaz anbarlarından qaz çıxarılması 198 milyon kubmetr təşkil edib. Anbarlara vurulan qaz isə 88 milyon kubmetrə düşüb. İstilik mövsümündə qaz istehlakının yüksək olmasına baxmayaraq, anbarlardakı ümumi qaz həcmi mart ayı üçün müşahidə tarixi boyunca altıncı ən yüksək göstərici olaraq 37,3 milyard kubmetr təşkil edir.

Avropanın yeraltı qaz anbarlarından əvvəlki qaz çıxarma mövsümü 31 mart 2024-cü ildə başa çatıb və həmin vaxt ehtiyatların 58,44%-i qalıb (müşahidə dövrü üçün rekord göstəricidir). Hazırda anbarlar 33,62% doludur ki, bu da cari tarix üçün beşillik orta göstəricidən 11,58 faiz bəndi aşağıdır. Nisbətən götürüldükdə, bu göstərici təkcə əvvəlki payız-qış dövrünün sonundakı səviyyədən deyil, həm də 2010-2011, 2011-2012, 2013-2014, 2015-2016, 2018-2019, 2019-2020 və 2022-2023 istilik mövsümlərinin sonunda qeydə alınan səviyyələrdən aşağıdır.