BAKI, 27 mart. TELEQRAF

Azərbaycan bu ilin yanvar-fevral aylarında 90 milyon 629.96 min dollar dəyərində 4 min ton əczaçılıq məhsulları idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən Teleqraf-a məlumat verilib.

Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə miqdar baxımından 1,2 min ton az olsa da, çəkilən xərcə görə 11,3 milyon dollar və ya 14,3 faiz çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında əczaçılıq məhsullarının idxalına çəkilən xərc 79 milyon 278,48 min dollar olmuşdu.

Qeyd edək ki, əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,19 faizini təşkil edib.