BAKI, 28 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında 234,6 min ton tikinti qumu istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 77,1 faiz çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında 132,5 min ton tikinti qumu istehsal edilmişdi.

Komitənin məlumatına görə, bu il martın 1-nə hazır tikinti qumu ehtiyatı 10,6 min tondur.