BAKI, 29 mart. TELEQRAF

BVF Ukraynada münaqişənin 2025-ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır.

Teleqraf xəbər verir ki, Beynəlxalq Valyuta Fondu özünün hesablamalarına görə, Ukrayna münaqişəsi 2025-ci ilin son aylarında başa çatacaq. Bununla bağlı yenilənmiş proqnoz məlumatlar təşkilatın saytında dərc olunub.

Qeyd edilir ki, “risklər son dərəcə yüksək olaraq qalır”.