
BAKI, 27 mart. TELEQRAF
2024-cü ildə Filippin Azərbaycan iqtisadiyyatına 13 milyon 304 min dollar investisiya qoyub.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,8 dəfə azdır.
2023-cü ildə Filippin Azərbaycan iqtisadiyyatına 23 milyon 742 min dollar investisiya yatırmışdı.
2024-cü ildə Azərbaycana xaricdən cəlb edilmiş birbaşa investisiyalar 7 milyard 46,2 milyon dollar təşkil edib.