BAKI, 1 mart. TELEQRAF

Qazaxıstan Energetika Nazirliyi Rusiyanın "Qazprom" şirkəti ilə 10 milyard kubmetrə qədər mümkün qaz tədarükü üzrə danışıqlar aparır.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, söhbət Qazaxıstanın şimal və şərq rayonlarının qazlaşdırılmasının təmin edilməsindən gedir.

"Bu gün nazirlik Rusiya şirkəti ilə Şimali Qazaxıstan, Akmola, Pavlodar, Şərqi Qazaxıstan, Abay vilayətləri və Astananın qazlaşdırılması üçün tələb olunan illik 10 milyard kubmetr həcmində kommersiya qazının tədarükü ilə bağlı danışıqlar aparıb. Uzunmüddətli müqavilənin bağlanması və kommersiya qazının qiyməti məsələsi açıq qalır. Razılıqlar əldə olunarsa, layihə-smeta sənədləri hazırlandıqdan sonra layihənin maliyyələşdirilməsi mənbələri, investisiyaların həcmi və tikintiyə başlanma tarixləri müəyyən ediləcək" - nazirlikdən bildiriblər.