
BAKI, 1 mart. TELEQRAF
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında bütün uşaqları festivalda iştirak etməyə dəvət edir.
Teleqraf xəbər verir ki, festival, istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək, zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunur.
Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.
"19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda istedadınızı nümayiş etdirərək, festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edəcəksiniz.
Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalana bilərsiniz" - deyə, məlumatda bildirilir.