
BAKI, 1 mart. TELEQRAF
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Böyük Britaniyada Ukrayna üçün təşkil olunan toplantıda iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda Ukrayna üçün keçirilən toplantıda iştirak edəcək",- məlumatda deyilir.