
BAKI, 26 fevral. TELEQRAF
Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə Teleqraf-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.
Kollektiv Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.