BAKI, 26 fevral. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bu ölkənin xarici işlər naziri Faysal ibn Farhan Al Saud ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Geniş formatlı görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji sahələrində və həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə ikitərəfli və çoxşaxəli əməkdaşlıq gündəmini müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da gündəmdə olub.

Nazir Ceyhun Bayramov regiondakı münaqişə sonrası vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çağırışlar, o cümlədən Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarının davam etdirilməsi barədə səudiyyəli həmkarına ətraflı məlumat verib.