BAKI, 26 fevral. TELEQRAF

Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının ötən günə olan qalıq sayını açıqlayıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə icazə blankları mövcuddur.

Belə ki, İrana və ya İrandan olan daşımaları üçün bu say 162, məhdudiyyətsiz daşımalar üçün 479, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün isə 172 təşkil edib.

Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 880 ədəddir.

Qeyd edək ki, bu sənədlər beynəlxalq yükdaşıma fəaliyyəti göstərən şirkətlər üçün vacibdir və onların sayı nəqliyyat axınından asılı olaraq dəyişə bilər.