BAKI, 26 fevral. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bu ölkənin xarici işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanında işgüzar səfərdədir.