BAKI, 25 fevral. TELEQRAF

Böyük Britaniyanın paytaxtı Londonda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

"Imperial College-dəki Azərbaycan Cəmiyyətinə, Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı təşkil etdikləri tədbirə görə təşəkkür edirik. Tədbir məcburi köçkünlük və geri qayıdış mövzularına, eləcə də möhkəmlik və ədalət barədə şəxsi hekayələrlə diqqəti cəlb etdi. Britaniya Azərbaycan Cəmiyyətinə dəstəyi üçün, həmçinin Londonun digər universitetlərindəki Azərbaycan tələbə cəmiyyətlərinə, o cümlədən Kings College, LSE və QMUL-a iştiraklarına görə minnətdarıq", - paylaşımda qeyd olunub.